Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda güclü yanğın: Ölənlər var 

KRİMİNAL

1699

18.03.2025, 18:07

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Oxu24.com  xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.